• 23 Noyabr 2024 12:27

Müğənni: Xanımımla heç yerə getmirəm

 

Əməkdar artist Yusif Mustafayev xanımı ilə heç yerə getmirmiş.

 

Tacxeber.com axşam.az-a istinadla xəbər verir ki, bu barədə sənətçi “Xəzər axşamı” verilişində danışıb.

 

O, təklikdə qalmağı daha çox sevdiyini etiraf edib:

 

“Mən həyatda təkliyi sevirəm. Xanımımla heç yerə getmirəm. Övladları ilə gedir. Amma tanınmağın çətinlikləri var. Ailəvi harasa getmək alınmır. Qorxduğum şey abırım, ismətimdir. Ona görə mənə çətin gəlir. Məşhur olmamışdan əvvəl dükana gedərdik. Tanındıqdan sonra ailəvi dükana, bazara da getmirəm. Mən həssas insanam, ehtiyat edirəm”.

Tacxeber.com

Oxşar xəbərlər