• 24 Noyabr 2024 03:54

Makronun kralla şam yeməyində verdiyi hesab qalmaqal yaratdı – ŞOK MƏBLƏĞ

 

Böyük Britaniya kralı III Karl üçün dəbdəbəli omar yeməyi Fransa prezidentinin ofisinə 475 min avroya başa gəlib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Fransa audit ofisi məlumat yayıb.

 

BBC-nin yazdığına görə, Britaniya monarxının ötən ilin sentyabrında səfəri zamanı Fransa prezidenti Emmanuel Makron həddini aşaraq qonaqlara mavi omar, müxtəlif pendir çeşidlərindən ibarət qonaqlıq verib.

 

Şam yeməyinə xərclənən vəsaitin 165 min avrodan çoxu yeməyin özünə, 40 min avro isə içkilərə xərclənib.

 

Aktyor Hyu Qrant, futbol meneceri Arsen Venger və Rollinq Stones qrupunun solisti Mik Caqqerin də yer aldığı ziyafətdə qonaqlara mavi omar və xərçəngdən ibarət menyu, ardınca isə Bresse toyuq əti və göbələk qratin təklif edilib.

 

Qonaqlara fransız “Comte” və Britaniyaya məxsus “Stichelton Blue” daxil olmaqla pendirlər təqdim edilib. Desert üçün isə qızılgül ləçəkli krem, moruq və liçi ilə çəhrayı makaron peçenyeləri olub.

 

Şam yeməyinə xərclənən vəsaitin 165 min avrodan çoxu yeməyin özünə xərclənib, içkilər 40 min avroya başa gəlib.

 

Versal sarayındakı ekstravaqant bu ziyafət kral Çarlzın Fransaya üç günlük dövlət səfərinin bir hissəsi olub.

 

Hesablama Palatasının hesabatında qeyd olunub ki, bu, yeganə dəbdəbəli şam yeməyi deyil.

 

Bildirilir ki, 2023-cü ilin iyul ayında Luvrda Hindistanın baş naziri Narendra Modinin ziyafəti prezident aparatına 412 min avroya başa gəlib.

 

Hesablama Palatasının illik hesabatında qeyd edilib ki, prezident aparatının dövlət qəbulları da daxil olmaqla xərcləri əvvəlki illə müqayisədə 14% artıb, lakin gəlirlər cəmi 6,5% artıb.

 

Hesabatda həmçinin qeyd olunur ki, dövlət qəbullarına ayrılan xərclərin artması nəticəsində prezident aparatının büdcəsində 8,3 milyon avro boşluğa səbəb olub.

 

Palata bununla bağlı Yelisey sarayına xəbərdarlıq edib ki, maliyyə balansını bərpa etmək üçün əhəmiyyətli dərəcədə səylər göstərməlidir.

Tacxeber.com

Oxşar xəbərlər