Həmkarlar İttifaqı Əli Həsənovun qudası ilə vidalaşır – Onun yerinə kim gətirilir?
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.
Tacxeber.com xalq.az-a istinadla xəbər verir ki, o, AHİK-ın sədrliyi ilə vidalaşacaq, çünki sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edəcək.
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verən Səttar Möhbalıyevin artıq namizədliyi qeydə alınıb. Avqustun 26-da keçiriləcək növbədənkənar qurultayda (AHİK) sədri postuna bir neçə namizəd olması iddia edilir.
İddialara görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri postuna Sahib Məmmədov namizədliyini veriləcəyi gözlənilir.