Türkiyənin Adana vilayətində Roma dövründən qalma Misis körpüsü
Ceyhan çayı üzərindəki körpünün IV əsrdə, imperator II Konstansinin (317-361) dövründə salındığı söylənilir. Eni 6,5 metr, uzunluğu 133 metrə yaxın olan tikili 9 tağdan ibarətdir. Orta əsrlərdə Yaxın Şərqin önəmli ticarət mərkəzi olan Hələbə yol bu körpünün üzərindən keçirdi. İndi də işlək olan körpü dəfələrlə (son dəfə 1998-ci ildə) zəlzələ nəticəsində zərər görüb və yenidən bərpa olunub.
Əfsanəyə görə, Loğman ölümsüzlük eliksirini kəşf etmiş, amma bu körpünün üzərindən keçərkən formulun yazıldığı kağızı külək əlindən uçurmuşdur.
Yadigar Sadıqlı