“CNN” Kamala Harrisin Rusiya ilə məhbus mübadiləsindəki rolundan danışdı…
ABŞ-nin vitse-prezidenti Kamala Harris Rusiyanın məhbus mübadiləsi ilə bağlı tələblərini yerinə yetirmək üçün Almaniya və Sloveniyaya təsir göstərib.
Tacxeber.com “TSN”-ə istinadən xəbər verir ki, bu barədə “CNN” yazır.
Nəşrin yazdığına görə, Harrisin fevralda Münhen Təhlükəsizlik Konfransına səfəri zamanı onun əsas vəzifəsi Rusiya həbsində saxlanılan ABŞ vətəndaşlarının azad edilməsi məsələsini müzakirə etmək olub.
Almaniya kansleri Olaf Şolts ilə görüşü başa vurarkən, vitse-prezident bütün əməkdaşlardan “məhdudlaşdırılmış ikitərəfli görüş” üçün otağı tərk etmələrini xahiş etdi. Vitse-prezidentin və kanslerin yalnız bir köməkçisi qalıb.
Ağ Ev rəsmisi “CNN”-ə deyib ki, Harris Almaniyada həbsdə olan rusiyalı sui-qəsdçi Vadim Krasikovun azad edilməsinin razılaşma üçün kritik əhəmiyyət kəsb edəcəyini məhz həmin özəl söhbətdə vurğulayıb.
Jurnalistlərin fikrincə, Harris Şoltsa Krasikovun təhvil verilməsində kömək etmək üçün təzyiq göstərib – ABŞ rəsmiləri o vaxtdan onun rusların istədiyi “ən böyük balıq” olduğunu etiraf ediblər.
Həmin səfər zamanı Harris Sloveniyanın baş naziri ilə də görüşməyi xahiş edib. Bu görüşün əsas məqsədi ABŞ-ın ruslar üçün əsas prioritet kimi müəyyən etdiyi Sloveniyada saxlanılan iki Rusiya vətəndaşının azadlığa buraxılması üçün baş nazirə təzyiq etmək idi.
Fevral görüşünün rəsmi hesabatında iki liderin məhbus mübadiləsini müzakirə etdiyi qeyd olunmayıb.
“CNN”-nin daha əvvəl xəbər verdiyi kimi, Bayden iki həftə əvvəl 2024-cü il kampaniyasının başa çatdığını elan etməzdən bir neçə dəqiqə əvvəl Sloveniyanın baş nazirinə zəng edərək, onu razılaşmanı sona çatdırmağa təşviq edib.
“CNN”-in məlumatına görə, Harrisdən başqa, “CIA”(ABŞ Mərkəzi Kəşfiyat İdarəsi) da tarixi məhbus mübadiləsində həlledici rol oynayıb.
ABŞ rəsmisi bildirib ki, MKİ illərlə Rusiya kəşfiyyatı ilə kanallar vasitəsilə çalışıb və məhbus mübadiləsində mühüm rol oynayıb.