Hücum halında Tehran çox acı bədəl ödəyəcək – İsrail
İsrail Milli Təhlükəsizlik Şurasının(MTŞ) rəhbəri Tzaxi Haneqbi İranın hücumu halında yəhudi dövlətinin çox sərt cavab verəcəyini bildirib.
Tacxeber.com Bild-ə istinadla xəbər verir ki, eyni zamanda, o, İsrailin böyük bir hücum – miqyaslı müharibə istəmədiyini vurğulayıb.
O bildirib: “Düşmənlər bizə qarşı hər hansı bir hücumun onların təcavüzünə görə peşman olacaq cavabla qarşılanacağını başa düşsünlər. Bizim İrana və xüsusən də İranın Ali Rəhbərinə tövsiyəmiz bu yolla getməməkdir. İsrailə hücum Tehranın çox acı bədəl ödəməli olacağı bir şey olardı. Ümid edirəm ki, bunu etməzlər”.