• 23 Noyabr 2024 11:08

Gecə klubu, içki məclisi… “Sabah”ın futbolçuları “Makkabi” ilə oyundan əvvəl “istirahət ediblər”

Gecə klubu, içki məclisi...

Ancaq sonuncular buna heç də asanlıqla nail olmadılar. Macarıstanda keçirilən ilk qarşılaşmada rəqibi “Makkabi”ni (Hayfa) 3 cavabsız qolla məğlub edən “bayquşlar” cavab görüşündə azarkeşlərə əsl şok yaşatdı. Komanda böyük üstünlüyü əldən verdi. Nəticədə mərhələnin taleyi penaltilər seriyasına qədər uzandı. İsrail komandasının futbolçuları lotoreyada qeyri-dəqiq oynamaqla “Sabah”ın 3-cü təsnifat mərhələsinə yüksəlməsinə səbəb oldular.

 

Paytaxt təmsilçisi mərhələ adlasa da, tənqidlərdən qaça bilmədi. Azarkeşlər və futbol ictimaiyyəti “Sabah”ın sərgilədiyi oyundan narazı qaldılar.

Hiss olunurdu ki, “Sabah”ın futbolçuları fiziki cəhətdən oyuna hazır deyillər. Onlar, sanki meydanda sürünürdülər. Fiziki hazırlığın qaydasında olmamağı kobud səhvlərə rəvac yaradırdı. Bəs “Sabah”ın futbolçuları niyə belə vəziyyətdə idi?

 

Tacxeber.com xəbər verir ki, Aut.az “bayquşlar”ın “Makkabi” ilə oyuna hazırlığı barədə maraqlı məlumat əldə edib. Belə ki, ilk görüşdən sonra Bakıya qayıdan komandaya 2 günlük istirahət verilib. Futbolçular bu istirahəti bərpa olunmağa deyil, yeyib-içməyə sərf ediblər. Xüsusilə legionerlər yollarını gecə klublarından salıblar. Onlar içki məclislərində iştirak etməklə “istirahət” ediblər.

 

Futbolçuların nəzarətsizliyi ilə yanaşı. məşqçilər korpusu da səhvə yola verib. Krunoslav Renduliç və məşqçilər korpusu nəticəyə arxalanaraq komandanı bu oyuna kökləyə bilməyib. Hətta futbolçulardan bəzisinin oyundan bir gün əvvəl də gecə klubunda olduğu bildirilir.

 

Bir sözlə, “Sabah”ın futbolçuları “mərhələ artıq keçilib” deyərək əylənməklə məşğul olublar. Məşqçilər korpusunda da bu arxayınlıq olduğu üçün “Makkabi”ilə ilə oyuna hazırlıq görülməyib. Nəticədə həmin gecə “Sabah” üçün kabusa çevrilib və komanda biabırçı oyunla söz-söhbətlərə yol açıb.

Tacxeber.com

Oxşar xəbərlər