• 23 Noyabr 2024 20:48

Kurban Berdıyev: “Heyətimizdən asılı olmayaraq, hədəflərimiz maksimumdur”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə “Neftçi” ilə qolsuz heç-heçə edib.

 

Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

– Oyunun çətin olacağını ehtimal edirdik. “Neftçi” çox yaxşı komandadır. Bu oyun bizim çatışmayan cəhətlərimizi göstərdi. Hansı istiqamətlərdə çalışmalı olduğumuzu bildik. Amma ümumi olaraq futbolçularımın performansından razı qaldım. Oyunboyu epizodlarda maksimum oynadılar.

 

Çatışmazlıqları dediz. Hansı məqamların üzərində işləməlisiz?

Hücum fazasında məqamları qeyd edərdim. Uşaqlar necə oynamaq lazım olduğunu bilirlər. Yəqin ki, zamanla bunun öhdəsindən gələcəklər. Çox da böyük çatışmazlıq deyil.

 

Deyəsən, nəticədən narazısız. Amma “Neftçi” ilə səfərdə heç-heçə etmək pis nəticə deyil…

– Hər şeyi yaxşı anlayıram. “Neftçi” yaxşı komandadır. Amma biz daha çoxuna ümid edirdik. Maksimum hazırlaşmışdıq. Əgər hücumda oyunçular bacardığı və bildiyi kimi düzgün oynasaydı, hər şey başqa cür olardı.

 

Son 10 dəqiqədə yorğunluq aşkar hiss olunurdu. Bunu nə ilə izah edərdiniz?

– Bu, təbii haldır. “Neftçi”nin oyunçuları yoruldu, bizimkilər də. Yorğunluğun olması təbiidir.

 

Qarşılaşmadan əvvəl “Neftçi”ni təhlil edərkən hansı detalları nəzərə almışdız?

– Hər komandanın çatışmazlıqları var. Bizim də, həmçinin. Bəzi anlar yaxşı alınırdı, əsasən də Ayxanın epizodlarında. Bəzi epizodlarda alınmadı. “Neftçi” haqda bilirik, amma buna şərh vermirik. Bağışlayın, sadəcə belədir.

 

Stadiondakı atmosfer necə idi? Ot örtüyü rolunu oynadı?

– Atmosfer yaxşı idi. Azarkeşlərimizə təşəkkür edirik ki, bizə dəstək olmaq üçün gəlmişdilər. Qazon hər iki komanda üçün eyni idi.

 

Böyük titullar qazandığınızı bilirik. Kurban Berdıyevin “Turan Tovuz”dakı hədəfi nədən ibarət olacaq?

– Hədəflərimiz maksimumdur. Heyətimizdən asılı olmayaraq, hədəflərimiz maksimumdur. (Sportal.az)

Tacxeber.com

Oxşar xəbərlər