• 24 Noyabr 2024 13:23

İran parlamentində qapalı iclas: Kəşfiyyat qurumları sui-qəsdlə bağlı hesabat verəcək

 

İran parlamentində HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl haniyənin qətli ilə bağlı qapalı müzakirə aparılıb.

 

Tacxeber.com Didbane Iran-a istinadla xəbər verir ki, bunu İslam Şurası Məclisinin (parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının birinci katibi Yaqub Rzazadə deyib.

 

Onun sözlərinə görə, sui-qəsd hadisəsindən sonra müvafiq qurumların rəsmiləri, o cümlədən XİN-in Qərbi Asiya və Şimali Afrika üzrə şöbəsinin baş direktoru Şuşətri, Kəşfiyyat Polisinin rəisi Rezaiyan daxil olmaqla, hərbi qurumların iştirakı ilə mövzu araşdırılıb.

 

“Bu gün parlamentdə təhlükəsizlik orqanlarının – “Sepah”ın Kəşfiyyat Təşkilatı və İnformasiya Nazirliyinin iştirakı ilə daha bir xüsusi iclas keçiriləcək. Bu toplantıda Haniyənin qətlinin təfərrüatlar aydınlaşdırılacaq və hesabatlar dinlənildikdən sonra cavab tədbirləri müzakirə olunacaq”.

Tacxeber.com

Oxşar xəbərlər