Rus sualtı qayığının batırılması böyük nailiyyətdir – General
Krımda Rusiya sualtı qayığının Ukrayna ordusu tərəfindən batırılması Kiyevin qeyd-şərtsiz nailiyyətidir.
Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin müavini, general-leytenant İqor Romanenko deyib.
“Bu, şübhəsiz ki, nailiyyətdir. Oradakı itkilər hərbi, maliyyə və iqtisadidir. Ancaq ilk növbədə hərbi itkidir, çünki o sualtı qayıq dördqanadlı “Kalibr” raketləri daşıya bilir. Rusların onları modernləşdirdiklərini nəzərə alsaq, bunlar ciddi silahlardır”, – Romanenko bildirib.