Maduro “TikTok” və “Instagram”ı nifrət mühiti yaratmada ittihamladı
Venesuela prezidenti Nikolas Maduro “TikTok” və “Instagram”ı ölkədə nifrət qızışdırmaqda ittiham edib.
Tacxeber.com xəbər verir ki, Maduro tərəfdarları qarşısında deyib:
“TikTokdan soruşmaq istəyirəm ki, bu, ABŞ və Avropada belə faşist və nifrət dolu videoların nümayişinə icazə verirmi? Yox. Onlar Venesuelaya nifrət və parçalanma yoluxdurmaq istəyirlər. “TikTok” da “Instagram” kimi Venesuelaya qarşı etdiklərinə görə qanuni olaraq məsuliyyət daşıyır”.
Venesuela liderinin sözlərinə görə, son günlər “TikTok”da Venesuelanın hazırkı hökumətinin tərəfdarlarına qarşı zorakılıq çağırışları olan videolar geniş yayılıb.