• 24 Noyabr 2024 06:46

Mənbə: İsrail İrana qabaqlayıcı zərbə endirə bilər

 

İsrail hakimiyyəti İranın gözlənilməz hücumu ehtimalı ilə əlaqədar olaraq ilk dəfə Tehrana qabaqlayıcı zərbə ssenarilərini nəzərdən keçirir.

 

Tacxeber.com Ynet-ə istinadla xəbər verir ki, bu barədə anonim qalmış İsrail rəsmiləri danışıb.

 

Mənbə bildirib: “İlk dəfə baş nazir Benyamin Netanyahu və təhlükəsizlik xidmətləri mümkün qabaqlayıcı zərbəni müzakirə etdilər, bir şərtlə ki, bunun üçün fürsət və apreldə olduğu kimi, İranın zərbə planı haqqında ətraflı kəşfiyyat məlumatı olsun”.

 

Bundan əlavə, bu variantı həyata keçirmək üçün ABŞ-ın da kifayət qədər kəşfiyyat məlumatı olmalıdır.

 

Mənbələrin sözünə görə, İsrail tərəfi İranın hücumunu labüd hesab edir və İsrail buna tab gətirə bilər. Hakimiyyətin fikrincə, İran da İsrail kimi münaqişənin genişlənməsini istəmir. Çünki həm İsrail, həm də ABŞ hərbi imkanların zirvəsindədir.

Tacxeber.com

Oxşar xəbərlər