• 24 Noyabr 2024 03:39

İranda son qərar verildi – Hücum üçün ən yaxın tarix göstərildi

ABŞ və digər ölkələr İranı HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsinə münasibətini yumşaltmağa çağırsa da, Tehran bu müraciətləri rədd edir.

 

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadla yazır.

 

İran hakimiyyətindən ərəb ölkələrinə bildirilib ki, İsrailin cavabının müharibəyə səbəb olub-olmamasına önəm vermirlər. Vaşinqton Avropa və digər tərəfdaş ölkələrin hökumətlərindən eskalasiyadan imtina ilə bağlı Tehrana siqnal göndərməyi xahiş edib.

 

İrana xəbərdarlıq edilib ki, ciddi hücum müvafiq reaksiyaya səbəb olacaq, təmkinli olmaqsa, yeni Prezident Məsud Pezeşkiana Qərblə münasibətləri yaxşılaşdırmaq şansı verəcək. Nəşr Ağ Evin bu məsələdə İsrailə təzyiq etdiyini də vurğulayır.

 

İran artıq İsmayıl Haniyənin ölümünü araşdırmağa başlayıb. İstintaq sui-qəsddə əli olanları və bu yöndə İsraillə əməkdaşlıq edənləri müəyyənləşdirməyə çalışır. Nəşrin mənbələri artıq bəzi şəxslərin dindirildiyini qeyd edir. Tehrandakı mənbələr deyirlər ki, son hücum İran kəşfiyyatının zəifliyini üzə çıxarıb.

 

Tehran İsraili HƏMAS liderini qətlə yetirməkdə ittiham edir. İran rejimi buna sərt cavab verəcəyini bəyan edib. İranın dini lideri Əli Xameneyinin müvafiq mesajından sonra İsrail mümkün hücuma hazırlaşır.

Bir sıra ölkələrin səfirlikləri öz vətəndaşlarından Livanı tərk etmələrini və İsrailə səfərlərdən çəkinmələrini xahiş edib. İsrailin yaxın müttəfiqi olan ABŞ artıq Yaxın Şərqdə əlavə döyüş təyyarələri və hərbi gəmilər yerləşdirib.

 

ABŞ dövlət katibi Entoni Blinken İranın yaxın saatlarda İsrailə hava zərbələri endirəcəyini açıqlayıb. (Teleqraf.com)

Tacxeber.com

Oxşar xəbərlər