• 23 Noyabr 2024 15:23

İsmayıl Haniyənin məhvi ilə bağlı yeni İDDİA: Ermənistan rəsmiləri də iştirak edib

Rusiya teleqram kanalları İsrailin HƏMAS terror qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin məhv edilməsi əməliyyatında guya Ermənistan rəsmilərinin iştirak etdiyi barədə məlumat yayıb.

 

Tacxeber.com-ın xarici mediaya istinadən xəbərinə görə, onlar iddia edirlər ki, Ermənistanın yüksək rütbəli məmurları terrorçunun yeri ilə bağlı məlumatı ötürüblər və bu da onun Tehranda məhv edilməsinə səbəb olub.

 

Məlumata görə, sızma Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik komandasının İran prezidentinin andiçmə mərasimində Haniyə ilə Paşinyanın görüşü ilə bağlı kəşfiyyat məlumatlarını ələ keçirməsindən sonra baş verib.

 

İddia olunur ki, Paşinyanın Ermənistanın “Fələstin xalqına və Fələstin dövlətçiliyinə dəstəyini” müzakirə etmək üçün Haniyə ilə görüşü planlaşdırılıb. Bununla belə, planlaşdırılan görüş haqqında məlumatın İsrail agentlərinə “cazibədar təkliflər” müqabilində ötürüldüyü iddia edilir.

 

Baş nazir Paşinyan İranın yeni prezidentinin andiçmə mərasimində iştirak edən nadir dünya liderlərindən biri olub. Bölgədəki digər ölkələrin əksəriyyəti aşağı səviyyəli nümayəndə heyətləri ilə təmsil olunub ki, bu da onun səfərinin əhəmiyyətini vurğulayır və mümkün sızmalarla bağlı şübhələri artırır.

 

Eyni zamanda Rusiya mediası sövdələşmənin konkret təfərrüatlarını açıqlamır.

 

Xatırladaq ki, Haniyə avqustun 31-də Tehrandakı iqamətgahında olarkən sıradan çıxarılıb. İran və HƏMAS terror təşkilatı İsrailin siyasi büro rəhbərinin ölümünü günahlandıraraq, “qəddar qisas” vəd edib.

Tacxeber.com

Oxşar xəbərlər