İran İsraillə sərhədə qüvvə TOPLAYIR – FOTO
İran qüvvələrini Suriyanın qərbinə, İsrail sərhədləri yaxınlığına yerləşdirib.
Tacxeber.com xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı görüntü yayıb.
Bildirilib ki, İran qüvvələri Suriyada mövqelərini dəyişdirib.
Bundan əlavə, İran qüvvələrinin Qolan təpələri bölgəsində də hərəkəti müşahidə olunub. Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib. Sui-qəsdin ardınca İran Təhlükəsizlik Şurasının iclası keçirilib və rəsmi Tehran İsrailə qarşı cavab tədbirlərinin görüləcəyini elan edib.