• 20 Sentyabr 2024 15:48

Süni dişlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Tam siyahı

Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 milyon 937 min 226 ədəd süni diş gətirilib.

 

İdxal olunan süni dişin 1 ədədinin orta gömrük dəyəri 13 sent (23 qəpik) olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana xarici ölkələrdən 1 milyon 805 min 481 ədəd süni diş gətirilib və süni dişin 1 ədədinin orta gömrük dəyəri 11 sent (18 qəpik) olub.

 

Məlumat üçün qeyd edək ki, süni dişlər Azərbaycana aşağıdakı ölkələrdən gətirilib:

 

İtaliya – 1 030 505 ədəd (1 ədədinin orta gömrük dəyəri 7 sent/12 qəpik)

Türkiyə – 599 900 ədəd (13 sent/23 qəpik)

Çin – 228 368 ədəd (18 sent/31 qəpik)

Rusiya – 40 918 ədəd (29 sent/49 qəpik)

Polşa – 24 192 ədəd (37 sent/63 qəpik)

Macarıstan – 5 292 ədəd (49 sent/83 qəpik)

Avstriya – 4 410 ədəd (1,4 dollar/2,4 manat)

Filippin – 1 925 ədəd (3,9 dollar/6,6 manat)

Hindistan – 1 302 ədəd (9,4 dollar/16 manat)

Almaniya – 414 ədəd (36 dollar/60 manat) (Yeniavaz.com)

Tacxeber.com

Oxşar xəbərlər