Georgi Dermençiyev: “Futbolçumuzun ayağı iki tərəfdən sındı”
“Ludoqorets” Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.
Bolqarıstan təmsilçisinin baş məşqçisi Georgi Dermençiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Bu mövsüm avrokuboklarda birinci oyunları udub, ikinci matçları uduzursuz. Bu, sizi qorxutmurki?
– Şanslar 50/50-dir. Razaqradda görəcəksiz ki, cütün taleyi necə olur.
– “Qarabağ” üstün olsa da, qol vuran siz oldunuz. Rəqibin hansı zəif cəhətlərindən istifadə edirdiz ki, qollar vururduz?
– “Qarabağ” daha çox hücum edirdi. Belə olanda da, bizim qol vurmağımız üçün imkan yaranırdı.
– Futbolçunuz qırmızı vərəqə alaraq meydandan qovuldu. Hakimin qərarı ilə bağlı mövqeyiniz necədir?
– Bu haqda çox ətraflı danışmaq istəmirəm. Çox məyusam ki, futbolçumuzun ayağı iki tərəfdən sınıb.
– Fasilədə futbolçularınıza nə dediz?
– “Qarabağ”ın çox futbolçusu hücuma gedirdi. Futbolçulara tapşırdım ki, bundan istifadə etsinlər.
– Cavab matçında da ilk oyundakı kimi müdafiədə oynayacaqsız, yoxsa evdə daha çox hücumda oynayıb qalib gəlməyə çalışacaqsız?
– Hələ heç nə bitməyib. Davamı Razqradda olacaq.
– Kayo və Tekpeteyin yoxluğu sizin üçün nə dərəcədə ciddi itkidir?
– İki futbolçunun olmaması bizim üçün itkidir. Qərarı Bolqarıstandakı matçda verəcəyik.
– “Qarabağ” avrokuboklarda səfərdə çox qol vurur. Bu statistika sizin üçün təhlükəli gəlmir?
– Strategiyanı açıqlaya bilmərəm. Amma gərək ağıllı olsunlar ki, qalib gəlsinlər.