2 uşaq anası estetik əməliyyat zamanı dünyasını dəyişdi – FOTO
2 uşaq anası estetik əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.
Tacxeber.com Türkiyə mətbuatına istinadla bildirir ki, estetik əməliyyat etdirmək məqsədi ilə İspaniyadan İstanbula gedən 42 yaşlı Perla Virginia Baez Garay əməliyyatdan 1 saat sonra həyatını itirib.
Əməliyyat zamanı halı pisləşən qadının həyatını xilas etmək mümkün olmayıb. Onun ölümü ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.