• 24 Noyabr 2024 11:52

İşdən çıxarılan başçının topdağıtmaz mülkləri…

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq Hüseyn oğlu İbrahimovu vəzifəsindən azad edib.

 

T.İbrahimovun vəzifədən azad olunması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusən də Ağdaş sakinləri onun vəzifədən azad edilməsinə sevindiklərini gizlətməyiblər.

 

Tacxeber.com Bakupost.az-a istinadən xəbər verir ki, T.Hüseynovun Ağdaşdakı fəaliyyəti ilə bağlı qısa bir araşdırma aparılıb. Məlum olub ki, o, vəzifədə işlədiyi müddətdə xeyli obyekt və mülklər əldə edib.

 

Rayon sakinlərinin mətbuata ünvanladıqları şikayət məktublarından belə məlum olur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan T.Hüseynov əksər kəndlərdə torpaq sahələrinə əl qoyub. Kəndlərin örüş yerlərini zəbt edərək qanunsuz olaraq əkin işləri apartdırıb.

 

T.Hüseynovun vəzifədə işlədiyi dövrdə əldə etdiyi obyektlərin siyahısı ilə belədir:

 

– Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi, həmin kənddə 10 hektar meyvə bağı;

 

– Şor Dəhnə kəndində 31 hektar meyvə bağı;

 

– Şəmsabad kəndində 200 hektar yonca sahəsi;

 

– Tofiqi kəndində 250 hetar arpa sahəsi, balıq vətəgələri;

 

– Mürsəl kəndində 200 hektar çəltik sahəsi;

 

– Türyançayın Ağdaş ərazisindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası;

 

– Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı;

 

– Rayonun mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 80 ədəd yük maşını;

 

– Ağdaş şəhərində 2 yerdə möhtəşəm villa;

 

– Bakı şəhərində 21 yerdə villa və mənzillər;

 

– Qəbələ rayonunda 3 villa, 1 şadlıq evi, 3 restoran, 1 yanacaqdoldurma məntəqəsi, 2 istirahət güşəsi, 100 hektarlıq fındıq bağları,

 

– Londonda övladlarının adına sənədləşdirilmiş mülklər;

 

– Türkiyədə otel, villa və mənzillər…

 

T.Hüseynovun icra başçısı olduğu müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlərə də gün verib, işıq vermədiyi deyilir. Sabiq icra başçısının onlara aylıq haqq qoyduğu iddia edilir.

 

Onun biznesini isə bələdiyyələr, idarə müdirləri və icra nümayəndələrinin idarə etdiyi bildirilir.

 

Qeyd edək ki, Tofiq İbrahimov 2004-2010-cu il illərdə Qəbələ, 2010-2012-ci illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Tacxeber.com

Oxşar xəbərlər