Rusiyanın daha bir vilayəti vuruldu – Sakinlər təxliyə edilir
Rusiyanın qərbində yerləşən Lipetsk vilayətində güclü partlayışlar baş verib.
Tacxeber.com xəbər verir ki, bölgədə elektrik təchizatı dayandırılıb və fövqəladə vəziyyət elan edilib.
Partlayışlardan sonra hərbi hava qüvvələri bazasının yaxınlığında yerləşən dörd kənd boşaldılır. Region qubernatoru İqor Artamonov bildirib ki, artıq insanların təxliyyəsinə başlanılıb.
“İnterfaks” agentliyinin məlumatına görə, partlayış Lipetsk şəhəri yaxınlığındakı aviabazada baş verib.
Rusiya tərəfindən ilhaq edilən Sevastopol şəhərinin qondarma qubernatoru Mixail Razvojayev isə şəhər yaxınlığında 3 pilotsuz uçuş aparatının məhv edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi ölkənin hava məkanında Ukraynaya məxsus 75 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Onların əksəriyyəti Belqorod və Lipetsk vilayətləri üzərində sıradan çıxarılıb.
Ukrayna hakimiyyəti Lipetsk vilayətinə hər hansı zərbə endirilməsi barədə məlumat verməyib.