Elzanın rəqibləri – Deputat, milyonçu iş adamı… – FOTO
Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahanın sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı rəsmiləşib. Onun namizədliyi 23 saylı Nəsimi-Səbail seçki dairəsindən qeydə alınıb.
Hal-hazırda həmin dairənin seçicilərini Milli Məclisdə 84 yaşlı akademik Ziyad Səmədzadə təmsil edir.
Z.Səmədzadə yenidən namizədliyini irəli sürüb.
23 saylı Nəsimi-Səbail seçki dairəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi isə 35 yaşlı Elnur Rəhimovdur.
“Yeni Sabah” bildirir ki, Elnur Rəhimov siyasi çevrələrdə o qədər də tanınmır. Onun məşhurluğu YAP-ın sərhədlərindən o yana keçmir, amma atası Fidail Rəhimov ölkədə kifayət qədər tanınmış iş adamlarından biridir. O, uzun müddətdir ki, “Bakı Tikiş Evi” ASC-yə sədrlik edir. Rəhimovun böyük biznes imperiyasına sahib olduğu bildirilir.