• 20 Sentyabr 2024 13:39

Peyman Sadıqov seçicilərinə MÜRACİƏT ETDİ

 

 

Peyman Sadıqov seçicilərinə MÜRACİƏT ETDİ – “Sizdən dəstək və ədalətli seçim gözləyirəm”

 

Deputatlığa namizəd Peyman Sadıqov seçki platformasını açıqlayıb. 51 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Peyman Sadıqov seçicilərinə aşağıdakıları VƏD EDİB:

 

“Əziz Şirvan şəhərinin sakinləri, sizdən dəstək və ədalətli seçim gözləyirəm.

 

Mənə etimad göstərərək seçsəniz əmin ola bilərsiniz ki;

 

* Qanunvericilik fəaliyyətimin əsas məqsədi sosial-iqtisadi islahatların həyata keçirilməsinə və vətəndaşlarımızın rifah halının yüksəldilməsinə öz dəstəyimi verəcəm;

 

* Şəhid ailələrinə, Qarabağ və Böyük Vətən müharibələri veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanların ehtiyaclarının təmin olunmasına çalışacam;

 

* Sizin sosial problem və qayğılarınızın həllinə, rahat və ədalətli mühitdə yaşamağınıza təminat verən qanunların qəbul edilməsi və qanunların aliliyinin təmin olunması naminə fəaliyyət göstərəcəm;

 

* Sizi narahat edən məsələləri millət vəkili səlahiyyəti çərçivəsində dövlət qurumları qarşısında qaldırmaqda və onların həllini tələb etməkdə qətiyyətli olacam;

 

* Sağlam gələcək naminə idmanın inkişafında dövlətimizin gördüyü və görəcəyi bütün işlərə dəstək olacam;

 

* Milli mənafeyimiz naminə əsrlərlə formalaşmış adət-ənənələrimizin, mənəvi və əxlaqi dəyərlərimizin qorunması istiqamətində mövqeyimi daha da möhkəmləndirəcəm;

 

* Azərbaycanın müstəqilliyinin, suverenliyinin və konstitutsion əsaslarının qorunması, ərazi bütövlüyünün bərpası işində hər zaman olduğu kimi Sizin və dövlətimizin yanında olacağam;

 

* Vətənpərvər və yenilməz dövlətçiliyimizə xidmət edən gənclərin sayının artmasına çalışacağam, gənclərimizin hərtərəfli inkişafı üçün ardıcıl səmərəli addımlar atacağam;

 

Bu seçkilərin özümüz və övladlarımız, xalqımız və dövlətimiz, hər birimiz üçün xeyirli, faydalı nəticələrini görmək istəyiriksə, gəlin seçkilərdə fəal olaq, ədalətli seçim edək!”

Tacxeber.com

Oxşar xəbərlər