• 20 Sentyabr 2024 13:59

“Rusiya Əfqanıstanın 10 illik işğalı zamanı itirilən hərbçisindən çox itki verib”

Rəsmi statistikaya görə Rusiyada ötən illə müqayisədə bu ilin 6 ayında ölüm sayı 33,4 min nəfər artıb.

 

Bu, Ukraynadakı işğalçı müharibədəki itkiləri əks etdirir. Nəzərə alsaq ki, Rusiya kütləvi şəkildə digər ölkələrin vətəndaşlarını müharibəyə cəlb edir və ön cəbhəyə əsasən onları göndərir, onda 6 ayda ümumi itkilərin sayının ən azı iki dəfə çox olduğunu söyləmək olar.

 

“Rusiya ordusu aylardır Xarkov ətrafında ilişib qalıb. Rusiya ordusunun cəmi bir neçə kilometr irəliləməsi minlərlə hərbçisinin ölümünə səbəb olur. Rusiya ordusu bir neçə ay ərzində keçmiş SSRİ-nin Əfqanıstanın 10 illik işğalı zamanı ölən hərbçisindən çox itki verib”.

Elxan Şahinoğlu: “Paşinyan etirazları yatırtmağa çalışmalıdır”

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə Putin 10 il əvvəl Krımı ilhaq etməklə və Donbass separatçılarına dəstək verməklə ölkəsini və xalqını dərin böhrana sürükləyib.

 

“Politoloq Zeynal Əmrəliyev Şimali Osetiya əhalisinin yerli icmalar vasitəsi ilə narazılığı barədə maraqlı status yazıb. İcmalar Kreml sahibi Vladimir Putinə müraciət ediblər ki, osetinləri Ukraynadakı müharibəyə göndərməsin. Çünki onsuz da sayı çox olmayan osetin xalqı gənclərini müharibədə kütləvi şəkildə itirir. Onun yazdığına görə, Vladiqafqazda hər yan qəbiristanlıqdır, osetinlər yox olmaq təhlükəsiylə üz-üzədir. Eyni təhlükə Rusiyada yaşayan tatarları, başqırdları, dağıstanlıları və digər xalqları gözləyir. Rusiya Krımı ilhaq edəndə, müharibənin ilk illərində Ukrayna ərazilərini işğal etməyə başladıqda rusların əksəriyyətində eyforiya var idi. Müharibənin üçüncü ilində bu eyforiyadan əsər-əlaməti qalmayıb, çünki müharibə Rusiya ərazisinə keçib”.

 

Elxan Şahinoğlu qeyd edib ki, Rusiya İkinci Dünya müharibəsindən sonra ərazi itirməmişdi, lakin hazırda Kursk ətrafında gedən döyüşlər ruslarda soyuq duş effekti yaradıb:

“Müharibədə yüzminlərlə rusiyalı və ukraynalı həlak olub və həlak olmaqda davam edəcək. Rusiyanın insani və maliyyə resursları əbədi deyil”. (Musavat)

Tacxeber.com

Oxşar xəbərlər