• 24 Noyabr 2024 12:47

“Futbolçunu söyürlərsə, nə etməlidir?” – Qriqorçuk

“İlk hissədə kifayət qədər qol epizodları yaratsaq da, qola çevirə bilmədik. İmkanlarımızdan yararlansaydıq, oyun başqa cür alınardı. Bu oyuna görə heç bir futbolçuya irad bildirə bilmərəm. Çünki meydanda özünün ən yaxşısını qoymayan oyunçu yox idi. Qələbə qazanmaq istəyirsənsə, epizodlardan yararlanmalısan”.

 

 “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının 2-ci turunda səfərdə “Səbail”lə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

 

Mütəxəssis oyundan sonra futbolçularla azarkeşlər arasında yaranan problemdən, futbolçu Ervin Koffinin azarkeşlərə butulka atmasından da danışıb: “Şübhəsiz ki, “Neftçi” hər oyunda qalib gəlməlidir. Biz azarkeşlərə qələbə bəxş etməliyik. Qələbə olmayanda, neqativlik yaranır. Epizoddan uzaqda idim. Bilmirəm ki, oyunçularla azarkeşlər arasında problemin yaşanmasına səbəb nə oldu. Düşünmürəm ki, oyunçulara belə irad bildirilməsi üçün hansısa səbəb olsun. Nəsə başqa bir şey olsaydı, qəbul edərdim. Orada nə baş verdiyini bilmirdim, eşitmirdim. Amma hansısa futbolçum azarkeşə söz desə belə, onlara haqq qazandırmaram”.

 

R.Qriqorçuk Kilan Lebonun start heyətdə yer almamasının səbəbini belə izah edib: “Deyə bilmərəm ki, Lebondan öncə başqa cür oynadıq, girəndən sonra oyun dəyişdi. Lebon meydana əla daxil oldu. Çox epizodları sürətləndirirdi, maraqlı hərəkətlər edirdi. Məncə, gələcəkdə o daha çox oynaya bilər. Kilan komandaya sonradan qoşuldu, özünü çox yaxşı tərəfdən göstərdi. Onunla danışmışıq. Əminəm ki, yaxın vaxtlarda 90 dəqiqə oynayacaq”.

 

 

Görüşdən sonra azarkeşlər “Neftçi”nin kapitanı Emin Mahmudovu tribunaya çağırıblar və ona “Qarabağ”a necə çatacaqsınız” sualını ünvanlayıblar. “Neftçi” 3-cü turda “Sabah”a qarşı çıxış edəcək. Qriqorçuk isə “Düşünmürsüz ki, gələn oyundan sonra azarkeşlər məhz sizin özünüzü oraya dəvət edəcək” sualını cavablandırıb: “Mən hər zaman azarkeşlərlə söhbət etməyə açığam. Bu suala necə cavab verim, bilmirəm. “Qarabağ” çox güclü komandadır. Niyə də hər iki cəbhədə oynayıb, xallarını qazanmasın? “Qarabağ” çempionatda ən güclü komandadır”.

 

Baş məşqçi sonda futbolçusu Ervin Koffini azarkeşlərlə porblem yaşadığına görə cəzalandırıb-cəzalandırmayacağı haqda suala cava verib: “Mən hər şeyə dəqiq cavab verdim. Bilmirəm ki, orada nə baş verib. Heç nə eşitməmişəm. Əgər azarkeşlər pis söz deyibsə, oyunçuya haqq qazandırıb, onun tərəfini tuta bilmərəm. Futbolçunu söyürlərsə, nə etməlidir? Futbolçuya, komandaya hörmət etmək lazımdır. Əgər istedadlı futbolçu klub üçün mübarizə aparmırsa, bəli, pis sözlərə layiqdir. Oyunçularla azarkeşlər arasında sivil münasibət olmalıdır. Özümüzü pis hiss edirik ki, qalib gəlmədik”. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər