• 23 Noyabr 2024 08:00

Boksçumuzdan QALMAQALLİ paylaşım: “Ölkəniz üçün nə etmisiniz?”

Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqesin İnstaqram hesabında qalmaqallı paylaşım edib.


Sosial şəbəkənin “hekayələr” bölməsinə yerləşdirilən qısa mətndə idmançı onu tənqid edənlərə belə cavab verib:

“Bəli, bilirəm ki, mən əcnəbiyəm, amma mən Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm. Azərbaycan bayrağını yüksəklərə qaldırmışam, sizin ölkəniz üçün etmədiyinizi edirəm. İndi özünüzdən soruşun ki, ölkəniz üçün nə etmisiniz, heç nə. Tamam, tamam, tamam…”.


İdmançının bu sözləri qalmaqallara səbəb olub.

Tacxeber.com

Oxşar xəbərlər