• 20 Sentyabr 2024 20:34

Ukraynalılar rusların hərbi aerodromuna hücum edib

Avqustun 12-nə keçən gecə Moskva yaxınlığındakı  hərbi aerodromuna  PUA hücumu olub.

Tacxeber.com xəbər verir ki, Rusiya Teleqram kanallarının məlumatına görə, PUA-nın hədəfi Moskvadan 31 km şimal-şərqdə yerləşən “Çkalovski” hərbi aerodromu ola bilər.

 

Kanallardan birinin məlumatına görə, PUA-lar aviabazanın ərazisində məhv edilib.

Şelkovo şəhərinin sakinləri bildiriblər ki, şəhərdə hava hücumu xəbərdarlığı səslənib.

 

UNIAN-ın verdiyi məlumata görə, Lipetsk vilayətindəki hərbi aerodrom ərazisində əvvəllər güclü partlayışlar eşidilib . Yanğınla əlaqədar yerli hakimiyyət orqanları dörd yaşayış məntəqəsinin sakinlərini təxliyə etməli olub.

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Su-34, Su-35 və MiQ-31 təyyarələrinin yerləşdiyi Lipetsk hərbi aerodromuna hücumu təsdiqləyib.

 

Hərbçilər bildiriblər ki, hücum zamanı onlar idarə olunan bombalarla anbarları və hava limanı ərazisindəki bir sıra digər obyektləri vura biliblər.

Tacxeber.com

Oxşar xəbərlər