• 20 Sentyabr 2024 20:30

“Deputat seçilsəm, maaşımı seçicilərimlə paylaşacağam” – Elza Seyidcahan vəd verdi – FOTO

 

Xəbər verdiyimiz kimi, deputat olmaq istəyənlərin arasında Əməkdar artist Elza Seyidcahan da var. Elza Seyidcahan deputat olarsa, hansı işlər görəcək?

Tacxeber.com xəbər verir ki, o, Demokrat.az-a açıqlamasında bildirib ki, görəcəyi ən yaxşı işlərdən biri maaşının seçiciləri ilə bölüşməsi olacaq:

“Deputat seçilsəm, hər ay maaşımın yarısını seçicilərimlə paylaşacağam. Pulsuz konsertlər verəcəm. Seçicilərimin toylarında hədiyyə kimi pulsuz oxuyacağam. Rəqiblərimlə hər zaman sağlam rəqabətdə olmuşam.

Seçilsəm  Fəxri Xiyabanda uyuyan dahilərimizin musiqilərinin səslənməsi ilk təklifim olacaq. Çünki oraya gələn ölülər o musiqiləri dinləyərkən diriləcəklər və dahilərimizin də,ruhları şad olacaq”.


Tacxeber.com

Oxşar xəbərlər