İrəvan aeraportunda turist gömrükçünün ucbatından həyatından oldu
Bir neçə gün əvvəl İrəvanın Zvartnots hava limanında faciəli hadisə baş verib.
Tacxeber.com “Hraparak”a istinadla xəbər verir ki, gömrük xidmətinin əməkdaşları Braziliyadan Ermənistana uçan sərnişinin əlində şüşəni görüb və orada nə olduğunu soruşublar. Braziliyalı “şərab” deyə cavab verib.
Şüşənin içindəkiləri yoxlamaq əvəzinə, gömrükçü braziliyalını şüşənin içindəki mayeni içməyə məcbur edib, bundan sonra turist bir neçə dəqiqədən sonra ölüb.
Məlum olub ki, butulkada narkotik maddə olub.
Bu məlumatı İstintaq Komitəsi də təsdiqləyib: ölən şəxs Braziliya vətəndaşıdır.