Azərbaycanda qadınlara saxta evlilik təklif edilir
Sosial şəbəkələr üzərindən 30-45 yaşlı qadınların xaricdə yaşaması üçün saxta evlilik təklif edilir.
Tacxeber.com bu barədə “Xəzər TV”yə istinadən xəbər verir.
Məlumata görə, son vaxtlar Avropada saxta evlilik edən şəxslər peyda olub.
Sosial şəbəkələrdə belə paylaşımlar edən şəxs bunun qarşılığında isə 20 min avro istəyir. Özü bu işin qanunsuz olduğunu etiraf etsə də, müraciət edənin çox olduğunu deyir.
Bu işlə məşğul olan şəxs iddia edir ki, artıq bir neçə vətəndaşı bu üsulla Belçikaya gətirib. Müştərilərini isə “facebook” və digər sosial şəbəkələr üzərindən tapır.
Hüquqşünasların sözlərinə görə, saxta nikaha girənlərin hüquqi məsuliyyəti var.
Hüquqşünas Xəyal Bəşirov vətəndaşlara bu kimi təkliflərə inanmamağı tövsiyə edir.
Daha ətraflı videomaterialı təqdim edirik: