Köçəryan: “Paşinyan tətilini Tik-Tokda keçirib reytinqini qoruyur”
“Ermənistanın baş naziri Nikol Paşinyan tətilini Tik-Tokda bir məqsədlə keçirdi – seçiciləri saxlamaq”.
Tacxeber.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə media eksperti Tiqran Köçəryan bildirib.
“İndiki hakimiyyət ölkənin subyektivliyini ləğv edib, indi Ermənistan regiondakı proseslərə heç bir şəkildə təsir göstərə bilmir və Paşinyanın fikri ilə maraqlanan beynəlxalq oyunçular azdır. Digər tərəfdən, keşiş Baqratın hərəkatı informasiya gündəmini diktə edərək fəallığını davam etdirir. Bütün bunların fonunda Paşinyan anlayır ki, bu gündəmi müxalifətin öhdəsinə buraxsa, onun reytinqləri daha da sürətlə düşməyə başlayacaq. Buna görə də o, informasiya sahəsini hər şeylə doldurmağa çalışır: velosiped sürür, həyat yoldaşı ilə gəzir, onunla lobya qabığı soyur və s. Yəni media sahəsinin diqqətini yalnız opponentlərin ixtiyarına buraxmamaq üçün hər şey edilir”, – deyə o qeyd edib.