• 23 Noyabr 2024 15:21

“Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edirik” – Zelenski

 

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edir.

 

Tacxeber.com Report-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

 

“Biz bu gün Kursk vilayətində yaxşı irəliləyiş əldə edirik. Öz strateji məqsədimizə nail oluruq”, – prezident deyib.

 

O qeyd edib ki, hökumət nümayəndələri ilə Kursk vilayətində Ukrayna hərbçilərinə dəstək məsələlərinə dair görüş keçirib.

 

“Ukraynanın qaydalara uyğun döyüşməsi vacibdir və bu ərazidə mövcud olan humanitar ehtiyaclar təmin edilməlidir”, – Zelenski vurğulayıb.

 

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər