• 23 Noyabr 2024 07:26

Harris Zelenski ilə mübahisə edib? – “The Telegraph”

ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris, yəqin ki, Ukraynadakı müharibəni kifayət qədər sadə başa düşür.

 

Bu barədə “The Telegraph” yazıb.

Bildirilir ki, Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə mübahisə edib.

 

İyulun sonunda nüfuzlu “Time” jurnalı keçmiş müdafiə naziri Aleksey Reznikova istinadən yazıb ki, Rusiyanın Ukraynaya təcavüzündən bir neçə gün əvvəl Harris və Zelenski Münhen Təhlükəsizlik Konfransında Rusiyanı təcavüzdən necə saxlamaq barədə mübahisə ediblər.

 

İddialara görə, Zelenski Harrisə müraciət edərək, ABŞ-dan Rusiyaya müdaxilədən çəkindirmək üçün ona qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyi xahiş edib. Lakin Harris hələ baş verməmiş cinayətə görə Rusiyanın cəzalandırıla bilməyəcəyində təkid edib.

 

Qeyd olunur ki, Harris heç vaxt Ukraynada olmasa da, ABŞ vitse-prezidenti kimi Zelenski ilə altı dəfə görüşüb. Ümumiyyətlə Kamala Harris ictimai çıxışlarda Ukraynanın adını tez-tez çəkmirdi.

 

Amerikalı analitik Daq Bendou qeyd edir ki, Harris heç vaxt ABŞ-ın xarici siyasət məsələləri ilə, xüsusən də Ukraynadakı müharibə ilə bağlı heç vaxt dərindən iştirak etməyib. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər