• 20 Sentyabr 2024 15:53

“Ludoqorets”in baş məşqçisi “Qarabağ”a məğlubiyyətdən sonra istefa verdi

"Ludoqorets" baş məşqçisi ilə yolları rəsmən ayırdı

Bolqarıstanın “Ludoqorets” klubunun baş məşqçisi Georgi Dermenciyev istefaya göndərilib.

 

Bu haqda Bolqarıstan klubunun yaydığı açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, klub rəhbərliyi “Qarabağ”a ağır məğlubiyyətdən istefa verən məşqçinin bu ərizəsini qəbul edib.

 

“Georgi Dermenciyev dünən məşqdən əvvəl futbolçularla vidalaşıb. Bu gün isə onun müqaviləsi rəsmən ləğv olunub” – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Razqrad təmsilçisi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bakıda “Qarabağ”a qalib gəlsə də (2:1), evdəki cavab görüşündə 2:7 hesabı ilə uduzaraq həmin yarışda mübarizədən kənarlaşdırıldı.

Tacxeber.com

Oxşar xəbərlər