• 24 Noyabr 2024 05:16

Kursk vilayətində 2 minə yaxın rusiyalı əsgər əsir düşdü

 

Rusiyanın Kursk vilayətində keçirilən əməliyyat zamanı Ukrayna hərbçiləri 2000-ə yaxın rusiyalı əsgəri əsir götürüb.

 

Tacxeber.com Report-a istinadən xəbər verir ki, bu barədə “The Independent” qəzeti mənbəyə istinadən məlumat yayıb.

 

Adı açıqlanmayan ukraynalı polkovnikin sözlərinə görə, 2000-ə yaxın rusiyalı əsgər əsir götürülüb.

 

“Bu, dəqiq məlumat deyil, lakin foto və videolar Kursk vilayətində çoxlu sayda rusiyalının əsir götürüldüyünü göstərir”, – nəşr bildirib.

 

Qeyd olunub ki, Ukrayna hərbçiləri rusiyalı əsgərləri mülki şəxslərlə dəyişməyi planlaşdırır.

Tacxeber.com

Oxşar xəbərlər