• 20 Sentyabr 2024 15:37

Rusiyada bombardmançı təyyarə qəzası: pilot dünyasını dəyişdi, yaralılar var – VİDEO

Rusiya Federasiyasının İrkutsk vilayətində TU-22M3 bombardmançı təyyarəsi qəzaya uğrayıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev öz Telegram kanalında yazıb.

“TU-22M3 hərbi təyyarəsinin qəzaya uğradığı yerdə işlər bütün gecə davam edib. Çox təəssüf edirəm ki, pilotlardan birini xilas etmək mümkün olmadı”, – Kobzev yazıb.

 

Onun sözlərinə görə, digər pilotlar müxtəlif dərəcəli xəsarətlər alıblar və onlar xəstəxanaya yerləşdiriliblər.

 

“İndi mütəxəssislər qəzanın dəqiq səbəbini müəyyənləşdirməlidirlər. İlkin versiyada texniki nasazlıq olub”, – qubernator qeyd edib.

 

Oxşar xəbərlər