• 24 Noyabr 2024 16:44

Xəstəxanadakı pasiyenti kim döyüb? – DİN açıqladı

 

Sosial şəbəkələrdə 1 saylı Maştağa Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi ilə bağlı görüntülərə aydınlıq gətirilib.

 

Daxili İşlər Nazirliyindən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsində müalicə alan şəxsin xəsarətləri ilə bağlı araşdırmalar davam etdirilir.

 

“Ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”, – açıqlamada vurğulanır.

 

Qeyd edək ki, həmin kadrları lentə alan xəstə yaxını atasının sözügedən tibb müəssisəsində şiddət gördüyünü iddia edirdi.

Tacxeber.com

Oxşar xəbərlər