• 20 Sentyabr 2024 15:51

“Onun şəxsi həyatıdır” — Tural Abbaslı həmin videodan danışdı

Razi Nurullayev istəyir idman hərəkətlərini göstərsin, istəyir yoqa göstərsin, onun şəxsi həyatıdır”.

Tacxeber.com xəbər verir ki, bunu Metbuat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. O bildirib ki, bu cür görüntülərin çəkilib paylaşılmasına hörmətlə yanaşır:

“Düşünürəm ki, bu hər kəsin şəxsi işidir. Razi Nurullayevin şəxsi həyatıdır. Etik normalara, qanunvericiliyə zidd olmadığı müddətcə nəyisə çəkib paylaşmaq, bölüşmək onun hüququdur. Onun hərəkətlərinə qiymət vermək digər partiyalar olaraq bizim üzərimizə düşmür, öz partiyasına, seçicilərinə düşür”.

Qeyd edək ki, ötən gün Milli Cəbhə Partiyasının rəhbəri Razi Nurullayevin sosial şəbəkə hesabında yataq otağında idman hərəkətləri etdiyi anları paylaşması tənqid edilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər