“Bu yumurtalar sağlamlığa zərər verir” – AÇIQLAMA
Sağlam qida insan bədəninə bütün dərmanlardan daha faydalıdır. Yediyimiz qidaların əsasən yumurtaların sağlam olub-olmadığını müəyyən etmək mümkündür. Çoxu yumurta alarkən onun istehsal tarixi ilə maraqlanır və təzə olub-olmadığını yoxlayır. Həmin yumurtanı yumurtlayan toyuqlar barədə isə düşünmürlər. “Bu toyuqlar sağlamdırmı? Hansı şəraitdə böyüyürlər?” sualını satıcıya versək, cavab ala bilməyəcəyik.
Bəs sağlam toyuq və yumurta necə əldə oluna bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, toyuq təbii şəraitdə, hormonlarsız, ot və həşəratlarla qidalandıqda sağlam olur:
“Sağlam bir toyuğun yumurtladığı yumurta da, təbii ki, sağlam olur. Belə yumurtalar vitaminlər və doymamış yağ turşuları olan Omeqa3 və D vitamini ilə zəngindir.
Toyuqlar məhdud şəraitdə, quşçuluq fermasında yetişdirilibsə, yumurtanın tərkibində vitamin az olur. Bu cür yumurtalar insan sağlamlığına zərər verə bilir. Broyler toyuqları təmiz havaya buraxılmır. Onlar günəş şüasından və açıq havadan məhrumdur. Bu isə birbaşa dölə, toyuğun yumurtasına təsir edir. Nəticə etibarilə toyuğun əti də, yumurtası da keyfiyyətsiz olur”.
Məhsəti Hüseynova qeyd edib ki, əsas problem toyuqların saxlanıldığı şəraitdir: