• 20 Sentyabr 2024 16:28

Moskva şokda: Ukrayna qoşunları Rusiyada irəliləyir 

 

Ukrayna qoşunları Rusiyanın Kursk vilayətində daha 1-3 kilometr irəliləyib. 

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Prezident Volodimir Zelenski ilə görüşdə bildirib.

 

“Qoşunlar bəzi istiqamətlərdə 1-3 km məsafədə düşmənə doğru irəliləyir. Bütün cəbhə xəttində döyüşlər davam edir. Ümumilikdə vəziyyət nəzarət altındadır”, – o əlavə edib.

 

Sırski, həmçinin Ukrayna sərhədindən təxminən 11,5 km aralıda yerləşən Malaya Loknya kəndi ərazisində döyüşlərin getdiyini və rus əsgərlərinin əsir götürüldüyünü bildirib.

Tacxeber.com

Oxşar xəbərlər