“Savadsızlıq günü-gündən irəliləyir, həm də iri addımlarla…”
“Təəssüflər olsun ki, mediamızda dilimizin normalarına lazımınca əməl olunmur”.
Bunu Moderator.az-a açıqlamasında media eksperti Elçin Şıxlı bildirib. Mütəxəssis bunu savadsızlığın çoxalması ilə izah edib:
“Savadsızlıq günü-gündən iri addımlarla irəliləyir. İndi rus dilini bilənlər yoxdur və ya çox azdır. Rus saytlarından götürülən mətnlər var ki, orada ismin hallanmasına fikir verilmir. Bizimkilər bu məsələdə nə “adlıq”, nə də “yiyəlik” nə olduğunu bilmirlər.