• 20 Sentyabr 2024 12:27

Bu gün Premyer Liqada III tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

 

Tacxeber.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Kəpəz” “Turan Tovuz”la üz-üzə gələcək. Tovuz şəhər stadionundakı matç saat 18:15-də start götürəcək. Hazırda xalsız olan Gəncə təmsilçisi sonuncu – 10-cu pillədə qərarlaşıb. Tovuz klubu dörd xalla üçüncü sırada yer alıb.

 

İkinci görüşdə “Sumqayıt” “Səbail”i qəbul edəcək. Oyun saat 20:30-da başlayacaq. “Gənclik şəhəri” təmsilçisi üç xalla 4-5-ci, “dənizçilər” isə bir xalla 7-9-cu yerləri bölüşdürür.

 

Azərbaycan Premyer Liqası, III tur

18:15. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev

VAR: Rauf Cabarov

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Azər Əsgərov

Tovuz şəhər stadionu

 

20:30. “Sumqayıt” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

Qeyd edək ki, III turun “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq.

Tacxeber.com

Oxşar xəbərlər