Rusiya və Ukrayna bu ölkədə danışıqlara başlayır
Rusiya və Ukrayna iki ay ərzində bir-birlərinin enerji obyektlərinə zərbə endirməmək barədə qarşılıqlı razılıq əldə etmək üçün danışıqlara başlamaq üçün Qətərə nümayəndələr göndərmək niyyətində idilər. Lakin Ukraynanın Rusiya Federasiyasının Kursk vilayətinə hücumu həmin danışıqları pozdu.
Bu barədə “Vaşinqton Post” yazıb.
Bildirilib ki, bu danışıqlar Rusiya-Ukrayna cəbhəsində qismən atəşkəsə nail olmaq imkanı yaratması baxımından əhəmiyyətli idi.