• 20 Sentyabr 2024 09:34

Mask Kadırova maşın satmayıb: Axmaqsınız?

Amerikalı iş adamı İlon Mask Çeçenistan lideri Ramzan Kadırova elektrikli “Cybertruck” satması xəbərini təkzib edib.

Bu barədə İlon Mask özünün X səhifəsində yazıb.

 

“Rus generalına “Cybertruck” verdiyimi düşünəcək qədər axmaqsınız? Bu, ənənəvi medianın necə yalan danışdığına daha bir nümunədir”, – Mask yazıb.

 

Xatırladaq ki, bu günlərdə Ramzan Kadırov elektromobili sınaqdan keçirib və onu Ukrayna müharibəsində iştirak edən döyüşçülərə göndərəcəyini bildirib. Kadırov həmçinin Maskı Qroznıya dəvət edib.

Tacxeber.com

Oxşar xəbərlər