• 24 Noyabr 2024 09:42

Gündə 1 çay qaşığından artıq duz qəbulu bu xəstəliklərə səbəb olur – Siyahı

 

Həddindən artıq duz istehlakı qan təzyiqini artırır, insult və ürək xəstəliklərinə səbəb olur.

 

Tacxeber.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, bunu türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis Seda Tarakçı deyib. O bildirib ki, duz istehlakı gündə 5 qramdan çox olmamalıdır.

 

“Bu miqdar bir çay qaşığına bərabərdir. Gündəlik istehlak edilməsi tövsiyə olunan bu miqdar gün ərzində bütün qidalarımızla birlikdə qəbul etdiyimiz duz (natrium) da daxildir. İstehlak edilən duz yodlaşdırılmalıdır”.

 

Ekspert həddindən artıq duz istehlakını azaltmaq üçün aşağıdakı təklifləri verib:

 

“Yeməklərin hazırlanması, bişirilməsi və istehlakı zamanı əlavə edilən duzun miqdarı azaldılmalıdır. Əslində, mümkünsə, yeməklərin tərkibində natrium olduğu üçün hazırlanma və bişirmə zamanı duz əlavə edilməməlidir.

 

Süfrədə bişən yeməklərə yenidən duz əlavə edilməməli və duz qabı masadan götürülməlidir.

 

Ənənəvi olaraq evdə turşu, tomat pastası və s. hazırlayarkən çox miqdarda duz istifadə etməkdən çəkinmək lazımdır. Alınan emal olunmuş məhsulların etiket məlumatları oxunmalı və duzsuz və ya duzu azaldılmış məhsullara üstünlük verilməlidir. Evdən kənarda yemək yeyərkən az duzlu və ya duzsuz hazırlanmasını istəmək lazımdır. Duz yerinə təbii dad artırıcı soğan, sarımsaq, ədviyyat, limon, sirkə və istiot istifadə edilməlidir”.

 

S.Tarakçı həmçinin çox duzlu qidaları da sıralayıb:

 

“Hazır souslar: Soya, ketçup, manqal, tartar, xardal, makaron və s. souslar.
Çipslər, taxıl əsaslı barlar, meyvə əsaslı barlar, popkorn.
Duzlu qoz-fındıq: Fındıq, fıstıq, qoz, badam, qovrulmuş noxud, balqabaq və günəbaxan tumları.
Qara və yaşıl zeytun, turşu tərəvəz, konservləşdirilmiş balıq, duzlu və ya turşu ət və balıq məhsulları.Ətirli və ətirsiz, qazlı və qazsız mineral içkilər
Evdə hazırlanan turşu, tomat pastası və s”.

 

Çox duzun zərərləri
Həddindən artıq duz qəbulu ürək-damar xəstəlikləri, böyrək xəstəlikləri, hipertoniya, iflic, osteoporoz və bəzi xərçəng növlərinin yaranmasına səbəb olur.

Tacxeber.com

Oxşar xəbərlər