Heydər Əsədov rəqibindən ehtiyat edir? –Peyman Sadıqovun plakatları lövhələrdən qoparılır
Heydər Əsədov rəqibindən ehtiyat edir? –Peyman Sadıqovun plakatları lövhələrdən qoparılır.
Ümid Partiyasının 51 saylı Şirvan seçki dairəsindən namizədi Peyman Sadıqovun təbliğat plakatları lövhələrdən qoparılır.
Reportyor.info xəbər verir ki, Peyman Sadıqovun seçki qərargahının apardığı monitorinq zamanı məlum olub ki, Şirvan şəhərinin mərkəzi hissələrindəki təşviqat lövhələrindən onun plakatları qoparılıb.
Peyman Sadıqov bunu özünə qarşı təxribat kimi qiymətləndirir.
Ümid Partiyasının namizədi hesab edir ki, bu tip əməllər ilk dəfə olaraq işğaldan azad edilən ərazilərdə də keçirilən parlament seçkilərinə kölgə salmaqdır.
Bu arada qeyd edək ki, 51 saylı Şirvan seçki dairəsindən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov da namizəddir.
Heydər Əsədov uzun illər məmur olub. O, 1995-1996-cı illdə maliyyə nazirinin müavini, 1996-2007-ci illərdə nazir müavini olmaqla yanaşı Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, 2007–2013-cü illərdə Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə isə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
Ziya Məmmədovun qudası olan Heydər Əsədovun məmur kimi fəaliyyəti o qədər də qənaətbəxş olmayıb. Hər halda o, yaddaşlarda mediada tənqid hədəfi olan məmurlardan biri kimi qalıb.
Bütün bunlar seçkidə qalib gəlməsini çətinləşdirən amillərdir.