• 24 Noyabr 2024 06:00

“Səba” müəmması: İstehsal dayandırılıb, şirkət sıradan çıxıb, yoxsa?.. – Açıqlama

“Səba” Açıq Səhmdar Cəmiyyətinin istehsalı və satışı dayandırması xəbəri həqiqəti tam əks etdirmir.

 

Bu barədə şirkətdən verilən məlumatda deyilir.

“Səba” ASC-nin məlumatına əsasən, şirkət fəaliyyətin davam etdirəcək.

 

“Şirkətdə istehsal dayadırılmayıb, sadəcə struktur dəyişikliyi olub. Xəbərlərdə istehsalın və satışın dayandırıldığı bildirilsə də əslində biz 100 faiz təsisçisi “Səba” ASC olan törəmə cəmiyyət, MMC yaratmışıq. Bütün quş istehsalı həmin MMC-yə ötürmüşük. O cümlədən istehsalda iştirak edən işçilərimiz də həmin MMC-nin işçiləri kimi fəaliyyətlərinə normal davam edirlər. İşçilər sadəcə “Səba” ASC-dən həmin MMC-yə keçiblər. Hüquqi mənada hər şey qaydasındadır.

 

İstehsal da normal qaydada davam edir. “Səba” brendi ilə toyuq istehsal olunur. Satış olduğu kimi davam edəcək”,- şirkətdən bildirilib.

Yayılan xəbərlərdə isə deyilirdi ki, “Səba”da istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər