ÜST-dən vaksinasiya ilə bağlı ÇAĞIRIŞ: Çox sürətlə yayılır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb.
Tacxeber.com xəbər verir ki, bu barədə qurumun sözçüsü Marqarit Harrisi danışıb.
O bildirib ki, suçiçəyi xəstəliyinə qarşı vaksin meymunçiçəyi üçün də keçərlidir: “Çünki sözügedən xəstəliyin yayılmasının qarşısının alınması COVİD-19-a nisbətən daha asandır. Meymunçiçəyinin iki növü var: “Klad-1” və “Klad-2”: “Biz “Klad-1”in yayılmasından narahatıq. Çünki çox sürətlə yayılır. Xüsusilə uşaqlar arasında ölüm halları çoxdur”.
ÜST rəsmisi vurğulayıb ki, əsas narahatlıq xəstəliyin çox sürətlə yayılması ilə bağlıdır: “Hələ ki qapanmalara ehtiyac yoxdur. Amma meymunçiçəyinin bütün dünyaya yayılmasını və pandemiyaya çevrilməsini istəmirik”.