Ərdoğanı ağladan şerin müəllifi saxlanıldı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ağladan “Şəfəq türküsü” şerinin müəllifi Nevzat Çelik saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, şair dünən axşam saatlarında qapısına gələn polis əməkdaşları tərəfindən şöbəyə aparılıb. Orada ifadəsi alınandan sonra isə sərbəst buraxılıb.
O, İzmirdəki meşə yanğınları ilə əlaqədar fikirlərinə görə saxlanıldığını iddia edib. Belə ki, Çelik sosial şəbəkədə etdiyi paylaşımda, “Heç mi görməyək, eşitməyək, danışmayaq? Heç mi araşdırmayaq? Nə istəyirlər? Məhəllə yandığı halda eləcə saçımızı darayaq? Bəs necə insan qalaq? Gözəl günləri də görmək ümidi ilə” deyə fikirlərini qeyd edib.