Test imtahanları LƏĞV OLUNUR? – Məleykə Abbaszadə iddialara cavab verdi
“Hamı bilir ki, test üsulu ilə imtahanlarda hər kəsin biliyi düzgün qiymətləndirilir. Və bu biliyə uyğun olaraq da imtahan verən şəxs yer tutur”.
Tacxeber.com Sfera.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Real TV-yə müsahibəsində deyib.
Test üsulu ilə imtahanların ləğv ediləcəyi ilə bağlı iddialara münasibət bildirən DİM rəhbəri qeyd edib ki, bundan söhbət belə gedə bilməz:
“Bu üsulda biliyin qiymətləndirilməsi şəffaf aparılır. Bu sistemdə kiməsə çətin, kiməsə asan suallar vermək yoxdur”.