• 20 Sentyabr 2024 08:33

Paşinyanın Bakı səfərinə İrəvandan cavab

Bakının İrəvana göndərdiyi COP29 dəvətinə Baş nazir Nikol Paşinyanın məzuniyyətdən sonra keçirəcəyi ilk mətbuat konfransında münasibət bildiriləcək.

 

Tacxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hakimiyyətində adı açıqlanmayan mənbə “Hraparak”a bildirib.

Nəşr yazır ki, Bakıda keçiriləcək sammitdə iştirak üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın adına rəsmi dəvət göndərilib. Lakin İrəvan hökuməti hələ də susur.

 

Hakimiyyətdəki mənbə Ermənistan rəhbərliyinin məsələ ilə bağlı qərar verdiyini, sadəcə ictimaiyyətin kəskin reaksiyasından ehtiyat etdiyini açıqlayıb.

Digər bir iddiaya görə isə Qərb COP29-dan əvvəl Bakı ilə sülh müqaviləsi imzalanması üçün İrəvana təzyiqləri gücləndirib. Ermənistana sazişin imzalanması üçün noyabrda keçiriləcək sammit fürsətindən istifadə etməsi tövsiyə olunub.

 

Qeyd edək ki, Paşinyanın 15 avqustdan sonra Bakının dəvətinə cavab verəcəyi haqda bundan öncə də məlumat yayılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər